ABŞ Prezidenti Donald Trampın İranla razılaşma şərtlərinə yeni əlavələri ilə bağlı iddialar müzakirələrə səbəb olub. Məlumata görə, Tramp Türkiyə daxil Yaxın Şərq ölkələrinin İsraillə “İbrahim anlaşması” imzalaması tələbini irəli sürüb.
Lakin Ankaranın məsələyə müsbət yanaşmadığı və qarşı olduğu qeyd edilir. Digər tərəfdən, İranla müharibənin davam etdirilməsinin Türkiyə üçün təhlükə yaratdığı vurğulanır.
Globalinfo.az-a danışan politoloq Azər Qasımov deyib ki, məsələsin ilk növbədə Türkiyə üçün dəyərləndirilməsi vacibdir:
“Ankaranın belə bir tələbi qəbul etməyəcəyini düşünürəm, amma bu, bir sıra vacib məsələləri özündə ehtiva edəcək.
Türkiyə İsrailin ona hücum edəcəyini bildirir və buna hazırlaşır. Müqaviləyə imza atsa, belə bir hücumun olması məntiqlə mümkün deyil, hansı ki, bu məsələ uydurmadan başqa bir şey deyil. İmza atmayacaqsa, deməli, Türkiyə özü bu qarşıdurmada maraqlıdır. Tramp bununla Türkiyəni fakt qarşısında qoyur.

Azər Qasımov
Yaxın Şərqdə bütün problemlərin həlli İsraillə münasibətlərdəki vəziyyətdən keçir. Tramp da problemi birdəfəlik həll etmək üçün bu addımı tələb edir. Amma İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), “Hizbullah”, HƏMAS və s. kimi qruplaşmalar məhv edilmədikcə Yaxın Şərqdə stabillik mümkün görünmür. Təkcə anlaşma üçün adları çəkilən ölkələr razılığa gələrsə, Yaxın Şərqdə stabilliyə nail oluna bilər”.
Turan Rzayev
Globalinfo.az