“Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri post-münaqişə dövründə insanların qayıdışının uğurlu nümunəsidir”.
Globalinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən WUF13 çərçivəsində BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç deyib.
O bildirib ki, iqlim dəyişikliyi, sülh quruculuğu və dayanıqlı şəhərsalmada inteqrasiya olunmuş yanaşma vacibdir.
İ.Qarafuliçin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr mənzil, xidmətlər və sosial infrastrukturun insan həyatının əsaslı şəkildə qurulmasına nümunədir.
“Əsas məsələ “itirilmişi daha yaxşı şəkildə yenidən qurmaq”dır”, – o qeyd edib.
Zaira Akifqızı
Globalinfo.az