ehali 0 900x600 1

Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur.

Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Nazirin sözlərinə görə, 2018-2026-cı illərdə 5 böyük sosial islahat paketi həyata keçirilib və bu tədbirlər 4 milyon nəfəri əhatə edib.

O qeyd edib ki, Nazirlik tərəfindən göstərilən 152 xidmətin 90 faizi elektronlaşdırılıb, 55 proaktiv xidmət istifadəyə verilib. Əmək müqavilələrinin isə 97 faizi elektron qaydada bağlanıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: