
“Vaşinqton və Təl-Əviv Tehrana yenidən hərbi əməliyyatlara başlasa, bu, əvvəlki strateji səhvlərin təkrarı olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.
“İnformasiya məkanında ABŞ və İsrailin yaxın günlərdə, hətta saatlarda İrana qarşı zərbələri bərpa edə biləcəyi ilə bağlı xəbərlər yayılır.
Əgər bu doğrudursa, deməli Vaşinqton və Qərbi Qüds əvvəlki strateji səhvlərindən heç bir nəticə çıxarmayıb”, – deyə Ulyanov qeyd edib.
Bundan əvvəl bir İsrail rəsmisi “Axios” platformasına demişdi ki, İrana yeni hücumlar gözlənilir.
İddialara görə, Donald Trampın Çinə səfərindən sonra İranla bağlı qərar verəcək. Onun iki variantının olduğu irəli sürülüb: başqa bir hücuma keçmək və ya Hörmüz boğazında qalmış ticarət gəmilərini çıxarmaq üçün “Azadlıq Əməliyyatı”nı yenidən başlatmaq.
“Haaretz” qəzetinə danışan İsrail rəsmiləri də yaxın günlərdə yenidən hücumların baş vermə ehtimalının olduğunu deyiblər.
Safura Bənnayeva
Globalinfo.az