“Urana çıxışı tamamilə dayandırmaq üçün İranın nüvə obyektlərini bombalaya bilərik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən İran tərəfinə dedim ki, əgər onlar uranı çıxarmaq üçün qoşun göndərsələr və ya kiminsə bunu etməyə çalışdığını görsək, ora bir neçə bomba atacağıq. Bununla da məsələ bitəcək”, – deyə o, “Fox News”a müsahibəsində bildirib.
Tramp əlavə edib ki, ABŞ İranın bombardmana məruz qalan nüvə obyektlərini gecə-gündüz izləyir.
O, həmçinin qeyd edib ki, İran ya ABŞ-la razılığa gələcək, ya da məhv edilə bilər.
Əliyar Xəlil
Globalinfo.az