Bazar günü Kişinyovun mərkəzində polislə müxalifətin kütləvi etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.
Globalinfo.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları minlərlə etirazçının şəhərin baş meydanına gedən yolunu kəsiblər.
APA-nın məlumatına görə, Nümayişçilər “Lənət olsun diktatura” şüarları səsləndiriblər.
Mitinqə rəhbərlik edən müxalifət partiyasının deputatları Vadim Fotesku, Regina Apostolova və siyasi qüvvənin vitse-prezidenti Marina Tauber etirazçılara mitinq keçirməyə icazə verilməsini tələb edərək hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqlar aparır.
Moldova Baş Polis Müfəttişliyi öz saytında 21-i azyaşlı olmaqla, 54 etirazçının saxlanıldığını bildirib. Polisin məlumatına görə, onlar özlərini “şübhəli” aparıblar və “qadağan olunmuş əşyalar” gəzdiriblər.