“Türkiyənin Ermənistanla ikitərəfli ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırma qərarını alqışlayırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Bədəlyan deyib.
XİN rəsmisi bu qərarın iki ölkə arasında münasibətlərin normallaşması prosesinin nəticəsi olduğunu bildirib:
“Bu qərar iki ölkə arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi, regionda iqtisadi əlaqələrin təşviq edilməsi, sülh və rifahın təmin edilməsi baxımından vacibdir. Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması yolu ilə davam edə bilər“.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla ikitərəfli ticarətin bərpa edildiyini açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az