Zahid Orucdan Hacı Şahinlə bağlı diqqətçəkən mesaj – FOTO

“Dəyərli din xadimi Hacı Şahin Həsənlinin vəfatı olduqca üzücü hadisədir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc qeyd edib.

“Hacı Şahin dini elm səviyyəsinə qaldırmış, islamı bütün gözəl dəyərləri ilə təbliğ etmiş, təpədən-dırnağa milli təəssübkeşliklə fəaliyyət göstərən din adamı idi. Onun uğurlu fəaliyyəti minlərlə inam hissi olan gənclik üçün doğru istiqamət idi. Onun dini fəaliyyəti bir çox ölkələrin dini işğalına qarşı dəmir pərdə idi.

Allah rəhmət eləsin!”, – Z.Oruc bildirib.