cvs

Aydın Çavuşoğlunun güllələnməsi ilə bağlı fərqli bir iddia da yayılıb.

Globalinfo.az xəbər verir ki, TRT Türkiyə polisinin hadisə ilə bağlı “hücum, yoxsa ehtiyatsızlıqdan güllələnmə” ehtimalı əsasında araşdırma apardığını yazıb.

***11:28

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu güllələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, 52 yaşlı iş adamı A.Çavuşoğlu Alanyada ofisində silahlı hücuma məruz qalıb.

Yaralı halda xəstəxanaya aparılan A.Çavuşoğlu əməliyyat edilsə də, vəziyyəti kritikdir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: