Təhlükəsizlik mənbələrinə görə, çərşənbə axşamı Çad gölü sahilindəki Barka Tolorom hərbi bazasına Boko Haram yaraqlılarının hücumu nəticəsində ən azı 23 hərbçi həlak olub, 26 nəfər yaralanıb .
Globalinfo.az xəbər verir ki, bu barədə RFI məlumat yayıb.
Çad Silahlı Qüvvələrinin Baş Qərargahı hücumu təsdiqləyərək, ordunun hücumu uğurla dəf etdiyini və xeyli sayda terrorçunu zərərsizləşdirdiyini qeyd edib. Əməliyyat zamanı bəzi düşmən texnikası da ələ keçirilib. Ətraf ərazidə təmizləmə əməliyyatları davam edir.
Tahir Turan
Globalinfo.az