Azərbaycan açar ölkədir, onsuz olmaz! – Orban

Azərbaycan Avropa İttifaqının (Aİ) enerji müstəqilliyinin saxlanılması üçün strateji əhəmiyyət daşıyır.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban İspaniyanın Qranada şəhərində Aİ liderlərinin qeyri-rəsmi görüşündən öncə deyib.

“Azərbaycan açar ölkədir, Azərbaycansız bizim enerji müstəqilliyimiz ola bilməz”, – Orban bildirib.