psixi 1

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, məlumat əsassızdır.

“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”, – açıqlamada vurğulanıb.

Paylaş: