
“İranın nüvə proqramı və Yaxın Şərqdə təsirini genişləndirmə cəhdləri Vaşinqtonun əsas narahatlıq mənbələrindəndir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“İranın regiondakı siyasəti müxtəlif silahlı qruplara dəstək üzərindən qurulub və bu, sabitliyi pozur. Tehran “Hizbullah“, HƏMAS və İraqdakı silahlı qrupları dəstəkləməklə təsir dairəsini genişləndirməyə çalışır. Belə bir ölkənin nüvə silahına sahib olması regionu ciddi təhlükə altına sala bilər”, – deyə o bildirib.
Rubio İranın ali rəhbəri Müctəba Xamenei ətrafında qeyri-müəyyənlik olduğunu, lakin onun sağ qaldığını deyib.
Safura Bənnayeva
Globalinfo.az