5438379425645926719

Rusiyalı iş adamı Samvel Karapetyanın köməkçisi və kəşfiyyat zabiti kimi təqdim olunan Artur Avanesyan saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Novosti Armenii” məlumat yayıb.

Qeyd olunub ki, Avanesyan bu səhər Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib. Ermənistan mediası bildirir ki, o, “Güclü Ermənistan” partiyasının seçki kampaniyası zamanı baş verdiyi iddia olunan qanun pozuntuları ilə bağlı araşdırmada iştirak edir.

İddialara əsasən, Avanesyan parlament seçkiləri ərəfəsində seçiciləri rüşvətlə ələ almağa cəhd göstərdiyi üçün saxlanılıb. Qeyd olunur ki, o, bu yaxınlarda Karapetyanın komandasına qoşulub.

Tahir Turan
Globalinfo.az

Paylaş: