“ABŞ İsrailin Livandakı hərəkətlərinin uzunmüddətli kampaniya xarakteri almasını istəmir”.
Globalinfo.az xəbər verir ki. bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
O bildirib ki, Qəzzada atəşkəsi müzakirə etmək üçün danışıq aparan tərəflərin yaxın vaxtlarda görüşəcəyinə ümid edir.
Blinken İsrail qüvvələrinin Yəhya Sinvarı öldürməsindən sonra bölgəyə ilk səfərini edib. HƏMAS liderinin ölümünün hərbi əməliyyatların dayandırılması üçün təkan olacağını istisna etməyib.
“İsrail Livanla sərhəddə təhlükəni aradan qaldırmaq üçün əməliyyatlar aparır. Lakin bunun uzun sürən kampaniyaya səbəb olmaması vacibdir. Bu barədə İsrail tərəfinə bildirmişik. İsrail mülki əhali arasında itkilərin qarşısını almaq və BMT sülhməramlılarını və ya Livan silahlı qüvvələrini təhlükəyə atmamaq üçün lazımi tədbirlər görməlidir”, – deyə Blinken vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az