2026 03 07 20 47 18Q9C7SG1ynHMvt1Y5IijP file 2 scaled

Ermənistanda yenidən Türkiyə bayrağını yandırdılar. Ermənistan Baş naziri hadisəni “təxribat” adlandırdı. Həqiqətən də belədirmi? Məsələn, Türkiyədə hər hansı bir ölkənin bayrağı yandırıla bilərmi? Tutaq ki, yandırılıbsa, bunu neçə nəfər dəstəkləyərdi? Bu, bir mədəniyyət məsələsidir. Hər millətin bu məsələ ilə bağlı fərqli yanaşması var. Gəlin bu barədə danışaq!

Qərbin və Şərqin türk millətinə qarşı bəslədiyi iki uydurma dövlət var: şərqdə Ermənistan və qərbdə Yunanıstan… və həmçinin Aralıq dənizinin ortasında, cənub cəbhəmizdə qurduqları ada dövləti – Kipr Rum administrasiyası. Bu üç dövlət, ağalarının sözünə qulaq asan itaətkar məxluqlar kimi, mövcudluğunu türklərə qarşı düşmənçilik üzərində qurmuşlar. Bu dövlət müəssisələrinin yalnız bir siyasi və sosial məqsədi var: imperialist dövlətlərin maraqları naminə Türkiyənin sərhədlərinə təhdid yaratmaq. Onlar bu işi pul müqabilində yerinə yetirirlər. Avropa və Qərb cəbhəsi Yunanıstanı və Kipr Rum administrasiyasını dəstəkləməklə Türkiyəyə və nəticədə Türk dünyasına qarşı planlarını həyata keçirirlər. Azərbaycanın təbiri ilə desək, qondarma Ermənistan dövləti isə muzd müqabilində Rusiyanın və Şərq imperialist dövlətlərinin maraqlarına xidmət edir.

1776959056 17769582424023063580 1200x630 10

Selçuk Düzgün

Onlar bu köləliyi o qədər alçaqcasına yerinə yetirirlər ki, hər üç dövlətdə ənənəvi olaraq ildə ən azı iki dəfə Türkiyə bayrağı yandırılır. Ənənəvi deyirəm, çünki bu ənənəvilik həm də bir mədəniyyət qurbanlarının göstəricisidir. Bu barbar, cahil cəmiyyətin yeganə cavabı onların cahilliyinə tüpürməkdir. Çünki biz düşmənlərini dənizə qovub bayraqlarını tapdalamayan bir mədəniyyəti təmsil edən bir millətik. Söhbət döyüş meydanından gedəndə, sülh, qardaşlıq və qonşuluqdan danışan bu palikarya ruhlu, erməni düşüncəli, ruhsuz insanlar bilməlidirlər ki, Türkiyə bayrağını bürüyən alovu qəlbimizə qəzəb kimi həkk etmişik… Və bu qəzəb alovu sönməyəcək.

Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün

Tərcümə etdi: Gülnar Səlimova

Paylaş: