Q%C9%99zza 3

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Böyük Çamlıca Məscidində keçirilən 333 nəfərin Hafizlik İcazə Mərasiminə qatılıb.

Globalinfo.az “Yeni Sabah”a istinadla xəbər verir ki, mərasimdə iştirak edən hafizlər üçün proqram Qurani-Kərim tilavəti ilə başlayıb.

Prezident Ərdoğan mərasim zamanı “Aşr-ı Şerif” oxuyub.

O, mərasimdən sonra iştirakçılarla birlikdə cümə namazı qılıb. Xütbə türk, ərəb, ingilis və yapon dillərində oxunub.

Ərdoğanın bu görüntüləri sosial mediada sürətlə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.

Paylaş: