AA 20250410 37590598 37590589 ABD VE RUSYA HEYETLERININ ISTANBULDAKI IKINCI GORUSMESI SONA ERDI scaled

İstanbulda keçirilən məsləhətləşmələr zamanı tərəflər ABŞ tərəfindən müsadirə olunan rus diplomatik əmlakına dair məsələ üzrə yol xəritəsinin hazırlanmasına dair razılıq əldə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Rusiya tərəfinin ABŞ hakimiyyəti tərəfindən müsadirə olunmuş, Rusiya Federasiyasına mülkiyyət hüququ ilə məxsus olan altı diplomatik obyektin geri qaytarılması ilə bağlı məsələni qaldırması kontekstində yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Rusiya səfiri Aleksandr Darçiyev bu istiqamətdə təcili praktiki addımların, o cümlədən rus nümayəndələrinin həmin obyektlərə dərhal buraxılması, onların yoxlanılması və vurulmuş ziyanın qiymətləndirilməsi imkanının təmin olunmasının vacibliyini xüsusi vurğulayıb”, – nazirlikdən bildirilib.

Tərəflər həmçinin İstanbulda müzakirə olunan məsələlər üzrə növbəti məsləhətləşmə raunduna qədər həll yolları tapmağa çalışacaqlar.

Xatırladaq ki, aprelin 10-da Rusiya və ABŞ nümayəndələri arasında İstanbulda üçüncü görüş baş tutub.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: