
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edən yeniyetmənin anası Pınar Peyman Mersinli saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Bildirilir ki, ana övladının psixoloji vəziyyəti ilə bağlı həkimlərin xəbərdarlıqlarına və müalicə tövsiyələrinə əməl etməyib, bu da faciəyə gətirib çıxaran amillərdən biri olub.
Prokurorluq onun səhlənkarlıqda təqsirli bilindiyini əsas gətirərək həbsini tələb edib. Məhkəmə bu vəsatəti təmin edərək barəsində həbs qətimkan tədbiri seçib”, – deyə vurğulanıb.
Xatırladaq ki, hücum nəticəsində 10 nəfər ölüb, 20 nəfər isə yaralanmışdı.
Safura Bənnayeva
Globalinfo.az