Amerikalı müğənni Maykl Ceksonla bağlı maraqlı detal ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə onun haqqında çəkilən filmdə kadrlar yer alıb.
Mayklın qardaşı oğlu Cafar Cekson əmisinin ağdərili olmaq istəmədiyini deyib:
“Bu, böyük bir yanlış təsəvvürdür. Film bizə həqiqəti anlamağa kömək edir”.
C.Cekson dərinin piqmentini itirməsinə və solğunlaşmasına səbəb olan vitiliqo xəstəliyindən danışıb.
Bildirilib ki, müğənni erkən yaşlarından bu xəstəlikdən əziyyət çəkirdi, lakin hamı onun nəyə məruz qaldığını başa düşmürdü.
Günel Cəlil
Globalinfo.az