1684314422 03eb58dae0e6901414ec0834e43198f7 1

Gəncədə 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanı ərazisində qeydə alınıb.

Belə ki, “Hundai” BMW “VAZ 2107” və “Ford” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza zamanı 1993-cü il təvəllüdlü Nəsrəddin Cəfərov xəsarət alıb.

Yaralı Gəncədəki tibb müəssisələrindən birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş: