full169 1706690789

ABŞ “Kətaib Hizbullah”ın rəhbərliyinə qarşı mükafat elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb. Bildirilib ki, “Kətaib Hizbullah”ın Baş katibi Əbu Hüseyn əl-Həmidavi haqqında məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif edilir.

Rəsmi bəyanatda qeyd olunub ki, təşkilatın fəaliyyəti nəticəsində mülki şəxslər həlak olub, ABŞ vətəndaşları qaçırılıb və müxtəlif obyektlərə hücumlar həyata keçirilib. Bu səbəbdən Vaşinqton sözügedən şəxsin yerinin müəyyən edilməsi üçün yüksək məbləğdə mükafat ayırıb.

Qeyd edək ki, “Kətaib Hizbullah” 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra yaradılmış şiə silahlı qruplaşmasıdır. Təşkilat fəaliyyətində Hizbullah modelindən istifadə edir və İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” qüvvələri ilə əlaqəli olduğu bildirilir.

WhatsApp Image 2026 04 14 at 22.56.53

Tahir Turan
Globalinfo.az

Paylaş: