iran israil ve abs nin natanzdaki nuve obyektlerine hucum etdiyini beyan edib 1772443933

İran ABŞ-ın danışıqlardan əvvəl razılaşmanın iki bəndini yerinə yetirmədiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Söhbət Livanda atəşkəsə nail olmaqdan və İranın aktivlərinin dondurulmasının ləğvindən gedir. Qalibaf bu iki bəndin yerinə yetirilmədiyini vurğulayıb.

“Qarşılıqlı razılaşdırılan iki şərt hələ də həll olunmayıb. Hərçənd bu iki şərt danışıqlar başlamazdan əvvəl yerinə yetirilməli idi”, – deyə Parlament sədri bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: