ABŞ-ın İrana qarşı nüvə silahı tətbiq edib-etməyəcəyi ilə bağlı yayılan açıqlamalar fonunda mövzu yenidən gündəmin əsas müzakirə predmetinə çevrilib.
Globalinfo.az-ın xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər bu gün aparılan danışıqlarda irəliləyiş əldə olunsa və konkret nəticə ortaya çıxsa, müəyyən edilmiş son tarix dəyişdirilə bilər.
Məlumata görə, jurnalist Bret Baier “Fox News” telekanalında çıxışı zamanı Trampla telefon danışığını şərh edib. Jurnalistin sözlərinə görə, o, ABŞ prezidentindən vəziyyətin danışıqlarla yekunlaşma ehtimalını soruşub. Tramp isə konkret faiz söyləməkdən imtina edib, lakin prosesin axşam müəyyənləşəcəyini deyib.
Jurnalist əlavə edib ki, Tramp mümkün ssenarilərdən danışarkən, “əgər bu nöqtəyə gəlib çatsaq, indiyədək görünməmiş hücum baş verəcək” ifadəsini işlədib və hazırda ABŞ-ın planlara uyğun irəlilədiyini vurğulayıb.
Hazırda rəsmi Vaşinqton tərəfindən İrana qarşı nüvə silahından istifadə ilə bağlı hər hansı konkret qərar açıqlanmayıb. Ekspertlər isə hesab edir ki, belə bir addım son dərəcə radikal seçimdir və beynəlxalq hüquq, eləcə də qlobal təhlükəsizlik baxımından ciddi nəticələr doğura bilər.
Əliyar Xəlil
Globalinfo.az