globe map 1100x733 1

Avropa İttifaqı () 2026-cı ildə iqtisadi çöküşlə üzləşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev deyib.

O, Almaniyanın 15 yeni atom elektrik stansiyası tikmək, Rusiya nefti və təbii qazına qarşı sanksiyaları ləğv etmək, eləcə də Rusiyaya gedən “Şimal Axını 2” qaz kəmərinin bərpası üçün pul ödəmək niyyəti barədə məlumatı şərh edib.

“Bu addımlar əslində etiraf olunmayan, lakin Aİ-ni məhv edən əvvəlki axmaq strateji səhvləri düzəldəcək. Əminəm ki, aprel ayı bir çox Avropa siyasətçilərini oyadacaq, çünki enerji böhranı ilin sonunda iqtisadi çöküşə səbəb olacaq”, – deyə Kirill Dmitriyev qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqında 27 ölkə yer alır. İttifaqdakı hansısa iqtisadi dalğalanma üzv ölkələrə birbaşa təsir edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: