İranlı hakerlər ABŞ-da qalmaqallı sızıntıya imza atdıqdan sonra daha bir video yayımlayıblar.
Globalinfo.az xəbər verir ki, özlərini “Handala Hack Komandası” adlandıran qrup FTB direktoru Kaş Patelin şəxsi məlumatlarına çıxış əldə etdikdən sonra paylaşdıqları video viral olub.
Bildirilir ki, hakerlər bir neçə gün əvvəl onun Gmail hesabını sındıraraq “Google Drive”da saxlanılan materialları ələ keçiriblər.
Sızdırılan materiallar arasında yer alan videolardan biri isə xüsusilə diqqət çəkib. Həmin kadrlarda Kaş Patelin rəqs etdiyi görünür.
Onun bu görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.
Tahir Turan
Globalinfo.az