mneHIXUmUMts4d9jRcf1jMplq3JlQUApG66Ojmqt 1200 8

İran münaqişənin həlli ilə bağlı ABŞ-ın irəli sürdüyü 15 bəndlik planı qəbul etməyib və bu barədə Pakistana bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hizbullah”a yaxınlığı ilə tanınan Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, Tehran Vaşinqtonun şərtlərini qəbuledilməz sayıb. Sənəddə İranın üç əsas nüvə obyektinin ləğvi, uranın zənginləşdirilməsindən tam imtina, raket proqramının dayandırılması, proksi qüvvələrə dəstəyin məhdudlaşdırılması və Hörmüz boğazının tam açılması nəzərdə tutulurdu.

İranın yüksək səviyyəli siyasi və təhlükəsizlik rəsmisinin sözlərinə görə, ölkə müharibəni yalnız öz qərarı və şərtləri əsasında dayandıracaq.

“Press TV”yə danışan mənbə bildirib ki, Vaşinqton müxtəlif diplomatik kanallarla danışıqlar aparsa da, irəli sürdüyü təkliflər Tehranda həddən artıq və reallıqdan uzaq hesab olunur.

Bundan əvvəl İran hökuməti yanında İnformasiya Şurasının rəhbəri Elyas Həzrəti ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlar aparıldığı barədə açıqlamalarını təkzib edib. Onun sözlərinə görə, bu iddialar həqiqəti əks etdirmir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: