Ukrayna ordusu Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, bu gün Moskva istiqamətində uçan 13 PUA vurulub.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya PUA hücumu təhlükəsi ilə bağlı Moskvanın Domodedovo hava limanında təyyarələrin uçuş və enişinə qadağa qoyub.