ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini bildirib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Mən əvvəlcədən mühakimə yürütmək istəmirəm, amma onlar heç vaxt nüvə silahına sahib olmayacaqları barədə razılığa gəliblər”, – Tramp deyib.