İsrailin baş naziri Benyamin Netanyahu Avropa ölkələrini İrana qarşı müharibəyə qoşulmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
“İran tərəfi Dieqo Qarsiya bazasına qitələrarası ballistik raket atıblar, Avropanın dərinliklərinə çatmaq imkanları var. Digər ölkələrin liderləri də müharibəyə qoşulmalıdır”, – deyə Baş nazir bildirib.
Netanyahu bəzi ölkələrin müharibəyə qoşulmaq istiqamətində addımlar atdığını iddia edib.
Buna baxmayaraq o, həmin ölkələrin adlarını açıqlamayıb.