erdogan baki 900x613 1

“İrana qarşı hücumlar və onun cavab zərbələri regionda vəziyyəti daha da gərginləşdirib”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanların Ramazan bayramı münasibətilə xalqa müraciətində bildirib.

“Fevralın 28-də İranın hücuma məruz qalması, eləcə də Tehranın üçüncü ölkələrə raket və pilotsuz uçuş aparatları ilə cavab zərbələri bölgəmizdə gərginliyi daha da artırdı. Biz 86 milyon vətəndaşımız qarşısında daşıdığımız məsuliyyəti anlayırıq, heç vaxt ayıqlığımızı itirmirik və ehtiyatlı davranırıq.

Hava məkanımızın pozulması ilə bağlı çox qəti mövqeyimiz var. Ölkəmizin sülhünü və təhlükəsizliyini gücləndirmək üçün addımlar atmağa davam edirik”, – Ərdoğan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: