Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri həbs olunub.

Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

    Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.

    Paylaş: