ag ev

Demokratlar Partiyası ABŞ-ın İrana hücumu ilə bağlı izahat tələb edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Bir neçə demokrat senator Tramp administrasiyasının əsas rəsmiləri ilə İrana hücumların səbəbləri ilə bağlı ictimai dinləmələr keçirmək istəyir. Buna razı olmadıqları təqdirdə isə, müharibə səlahiyyətləri ilə bağlı çoxsaylı səsvermələr başlatmaqla və Nümayəndələr Palatasını pozmaqla hədələyirlər.

Onlar bildiriblər ki, Dövlət Katibi Marko Rubio  və Müdafiə Naziri Pit Heqset ilə açıq dinləmələr tələb edəcəklər. Həmçinin bu günə qədər keçirilən bütün brifinqlərin məxfi saxlanılmasından məyusluqlarını vurğulayıblar”, – deyə nəşr yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: