tramp 09 900x600 1

ABŞ prezidenti Donald Trump Kubaya dövlət katibi Marko Rubionu göndərməyi planlaşdırır. Məqsəd “Azadlıq adası” kimi tanınan Kuba rəhbərliyi ilə mümkün razılaşmaların müzakirəsidir.

Globalinfo.az xəbər verir ki, ABŞ lideri bu barədə CNN telekanalına müsahibəsində deyib.

Tramp bildirib ki, Havana danışıqlara maraq göstərir.

“Onlar razılaşma əldə etmək istəyirlər, buna görə də Marko Rubionu ora göndərəcəm. Görək danışıqların nəticəsi necə alınacaq. Hazırda bütün diqqətimiz buna yönəlib. Vaxtımız çoxdur, amma Kuba 50 ildən sonra buna hazırdır”, – deyə Tramp deyib.

ABŞ prezidenti eyni zamanda iddia edib ki, Kuba yaxın vaxtlarda çökə bilər.

Tramp mümkün razılaşmanın detalları barədə əlavə məlumat verməyib. ABŞ ilə Kuba arasında münasibətlər uzun illərdir gərgin olaraq qalır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: