699f3d75c846a699f3d75c846b1772043637699f3d75c8467699f3d75c8469 13

Azərbaycanda məmurun mükafatlandırılması mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Globalinfo.az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.

Videoda kimliyi açıqlanmayan şəxs “Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın”, həmçinin ölkə Prezidentinin adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “fəxri diplom” təqdim edir.

“Baxmayaraq ki, iki aydır direktor əvəzidir, rayonumuzda göstərdiyi fəaliyyətə və analoqu olmayan təmizlik işlərinə görə onu təbrik edirəm”, – şəxs əlavə edir.

Videodan görünür ki, mərasimdə direktor əvəzi tək deyil, o, işçilərini də tədbirə dəvət edib. İşçilər Ruslan Mustafayevin mükafat almasını alqışlarla qarşılayıblar.

Paylaş: