WhatsApp Image 2023 05 01 at 12.20.41

ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatının başlamasından sonra devrilmiş şahın oğlu Rza Pəhləvi baş verənləri “həlledici an” adlandırıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, ordu və təhlükəsizlik qüvvələrini xalqa qoşulmağa çağırıb.

“Amerika Birləşmiş Ştatları Prezidentinin cəsur İran xalqına vəd etdiyi yardım artıq gəlib çatdı”, – Pəhləvi qeyd edib.

Şahın oğlu həmçinin son qələbənin İran xalqından gələcəyini və küçələrə qayıtmağın vaxtının yaxın olduğunu vurğulayıb.

Paylaş: