ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatının başlamasından sonra devrilmiş şahın oğlu Rza Pəhləvi baş verənləri “həlledici an” adlandırıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, o, ordu və təhlükəsizlik qüvvələrini xalqa qoşulmağa çağırıb.
“Amerika Birləşmiş Ştatları Prezidentinin cəsur İran xalqına vəd etdiyi yardım artıq gəlib çatdı”, – Pəhləvi qeyd edib.
Şahın oğlu həmçinin son qələbənin İran xalqından gələcəyini və küçələrə qayıtmağın vaxtının yaxın olduğunu vurğulayıb.