
“ABŞ Prezidenti Donald Tramp bizim etirazlarda iştirak edən 32 min nəfəri öldürdüyümüzü deyir”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Amma biz ölənlərin adlarının siyahısını yaymışıq və açıqladığımız şəxslər üçün milli şəxsiyyət vəsiqəsi nömrələrini də təqdim etmişik. Kim deyirsə ki, sayı bundan çoxdur, sübutlarla açıqlasın. Etiraz edən insan məktəbi dağıdarmı? Etiraz edən insan məscidi yandırarmı?“, – Pezeşkian söyləyib.
Qeyd edək ki, bir müddət öncə, ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətini aksiyalar zamanı 32 min insanın öldürülməsində ittiham edib.
Safura Bənnayeva
Globalinfo.az