Ermənistan Polisinin Baş Cinayət Axtarış İdarəsinin sabiq birinci müavini Ovannes Tamamyan 2008-ci il hadisələri səbəbindən həbs edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Amenpress” nəşri məlumat yayıb.
Bildirilib ki, keçmiş yüksək vəzifəli polis rəisi 2008-ci il martın 1-də etirazçıya qarşı polis əməkdaşlarını döyməyə əmri verməkdə ittiham olunur.
Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda həmin ilin fevral ayında keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayan müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Sözügedən məsələ ilə bağlı cinayət istintaqı davam etdirilir.
Safura Bənnayeva
Globalinfo.az