699eec41d5c0b699eec41d5c0c1772022849699eec41d5c09699eec41d5c0a

Ermənistan Polisinin Baş Cinayət Axtarış İdarəsinin sabiq birinci müavini  Ovannes Tamamyan 2008-ci il hadisələri səbəbindən həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Amenpress” nəşri məlumat yayıb.

Bildirilib ki, keçmiş yüksək vəzifəli polis rəisi 2008-ci il martın 1-də etirazçıya qarşı polis əməkdaşlarını döyməyə əmri verməkdə ittiham olunur.

Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda həmin ilin fevral ayında keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayan müxalifət tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Sözügedən məsələ ilə bağlı cinayət istintaqı davam etdirilir. 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: