Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, təxminən iki saat davam edən danışıqlar çətin, lakin işgüzar olub.
Medinski Ukrayna ilə bağlı tezliklə yeni görüşün keçiriləcəyini qeyd edib.
***13:25
Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar bu gün də davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilib ki, Rusiya nümayəndə heyəti danışıqların keçirildiyi yerə gəlib.
Safura Bənnayeva
Globalinfo.az