xamenei 900x516 1

İranın Ali rəhbəri Əli Xamenei Şərqi Azərbaycan vilayətinə səfərində Təbriz sakinləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Xamenei Təbriz üsyanının ildönümündə gənc azərbaycanlıların müxtəlif sahələrdə fəal iştirakını təqdir etdiyini bildirib.

Onun sözlərinə görə, 11 fevral (22 Bəhmən – İslam İnqilabının qələbə günü) münasibətilə keçirilən yürüşdə təbrizlilərin ikiqat iştirakı göstərdi ki, onlar bütün İran xalqı kimi canlı və enerjilidir:

Belə bir xalq heç vaxt siyasi oyunlar və düşmənin hiylələrinə aldanmaz. Xalq güc və dözümlülüyünü dəfələrlə nümayiş etdirməklə İranı qürurlandırıb. Hazırda xaricdə səfərdə olan rəsmilər həmkarları ilə görüşlərdə xalqın xüsusi əhəmiyyətini hiss edirlər”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: