“Hindistan Rusiyadan neft almamaqla bağlı öhdəlik götürüb”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mark Rubio Münhen Təhlükəsizlik Konfransında deyib.
O, Vaşinqtonun Hindistan rəhbərliyi ilə müzakirələr zamanı bu məsələdə zəmanət aldığını bildirib:
“Digər tərəfdən, ABŞ Rusiya neftinə əlavə sanksiyalar tətbiq edir. Avropa İttifaqı da bu istiqamətdə tədbirlər görür”.
Qeyd edək ki, həm Hindistan, həm də Rusiya BRİCS təşkilatının qurucu üzvlərindəndir.
Əliyar Xəlil
Globalinfo.az