ag 11

Baş vermiş yol qəzası ilə bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, məlumata əsasən, 13.02.2026-cı il tarixində saat 20:40 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alanlardan 2010-cu il təvəllüdlü şəxs Əməliyyat blokuna alınıb.

2009-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində daha bir 2009-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***09:37

Ağcabədidə zəncirvari yol qəzasına səbəb olan şəxs rayonun Cümə Məscidinin keçmiş axundunun oğlu olub.

Globalinfo.az bildirir ki, “Report”un Qarabağ Bürosunun xəbərinə görə, hadisəyə rayon sakini Rzayev Hacımirzə Mərdan oğlunun avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Qəza nəticəsində Hacımirzə Rzayevin daxili orqanlarının kəskin zədələnməsi, Cəfərov Rəhman Anar oglunun isə ayaqlarının müxtəlif dərəcəli sınıqları müəyyən edilib.

Qeyd edək, avtomobilin sürücüsü H.Rzayevin atası Mərdan Rzayev Ağcabədi rayonunun axundu vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədi şəhərində zəncirvari yol qəzası olub.

Globalinfo.az bildirir ki, “Report”un Qarabağ bürosunun xəbərinə görə, üç minik avtomobili toqquşub.

Qəza nəticəsində Ələkbərov Vahid Nail oglu hadisə yerində ölüb, Rzayev Hacımirzə Mərdan oğlu, Cəfərov Rəhman Anar oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

ag 12 ag 13

Paylaş: