1 Copy 3

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, pensiyaçıların aylıq təminatında artım nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı sosial media hesabındakı paylaşımında bildirib ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur.

Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, ölkədə əmək pensiyalarının üç növü mövcuddur. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır.

Deputat qeyd edib ki, vətəndaş növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq.

Vüqar Bayramov əlavə edib ki, qanunvericiliyə əsasən indeksləşdirmə əvvəlki ilin göstəricilərinə uyğun aparıldığı üçün 2025-ci il dekabrın 31-dək ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyalarında artım olacaq. Onun sözlərinə görə, bu artımlar ümumilikdə 1 milyon 100 min vətəndaşı əhatə edəcək.

Paylaş: