ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper və prezidentin kürəkəni Cared Kuşner Omanda İranla aparılan danışıqlardan sonra Ərəb dənizində yerləşən “Abraham Lincoln” aviadaşıyıcısına qalxıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Uitkoff X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri aviadaşıyıcının və onu müşayiət edən hərbi gəmilərin heyəti ilə görüşüb, həmçinin İran pilotsuz uçuş aparatını məhv etmiş pilotla söhbət aparıblar.
“Axios” portalının yazdığına görə, bu səfər ABŞ-ın İranla danışıqların uğursuzluğa düçar olacağı halda alternativ variantları nəzərdən keçirdiyinə dair açıq mesajdır.
Əliyar Xəlil