img 20260128 wa0132 1 18

Bu ilin yanvar ayı ərzində 216 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 45-i kişi, qalanları qadındır.

Qeyd olunub ki, adlar, soyadlar daha çox vətəndaşın istəyi ilə, o cümlədən nikahdan əvvəlki soyada qayıtmaq, yaxud ərlə (arvadla) eyni soyadı daşımaq arzusundan dəyişdirilib.

Paylaş: