Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 ölkəyə yeni səfir təyin edib.
Globalinfo.az xəbər verir ki, bu barədə qərar “Rəsmi qazetə”də yayımlanıb.
Məlumata görə, Osman Koray Ərtaş Böyük Britaniya və Şimali İrlandiyaya, Hicabi Kırlanqıç İrana, Hüseyn Güngör Qanaya, Murad Qaragöz Portuqaliyaya, Ufuk Ekici Anqolaya, Berk Baran Efiopiyaya, Mustafa Kapucu isə Qazaxıstana səfir təyin edilib.
İrana təyin edilən 1966-cı il təvəllüdlü Hicabi Kırlanqıçın yazıçı-professor olduğu, İran ədəbiyyatından tərcümələr etdiyi bildirilib. Həmçinin vurğulanıb ki, o, İran ictimai-siyasi mühitinə yaxından bələddir.