ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafındakı vəziyyəti şərh edib.
Globalinfo.az xəbər verir ki, Tramp çıxışı zamanı bunları deyib:
“İkinci Dünya Müharibəsindən sonra Qrenlandiyanı Danimarkaya qaytardıq. Bu, necə də axmaq qərar idi. Amma biz bu addımı atdıq. İndi onlar necə də nankorluq edirlər” – deyə Amerika lideri bildirib.
Tramp hesab edir ki, Danimarka ABŞ-ın adanı qaytarmaq üçün atdığı addımları qiymətləndirmir və bu münasibətdən narazılığını dilə gətirir.
Əliyar Xəlil