Araqci 1

İranın xarici işlər naziri Abbas Əraqçinin Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumuna dəvət edilməsi etiraz doğurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran”  məlumat yayıb.

Qeyd olunur ki, Əraqçinin adı Forumun spikerlər siyahısına heç bir açıqlama verilmədən, gizli şəkildə əlavə edilib:

Nüvə İranına Qarşı Birlik” (UANI) təşkilatının direktoru Ceyson Brodski bildirib ki, “nazirin siyahıya salınması şəffaflıqdan kənar aparılıb” və ciddi suallar doğurur.

UANI Ümumdünya İqtisadi Forumuna rəsmi məktub ünvanlayaraq, Əraqçinin Davosa dəvətinin ləğv olunmasını tələb edib.

Təşkilat bu addımı son aylarda “İranda yaşanan ən böyük qırğın” fonunda verilmiş utancverici qərar kimi dəyərləndirib”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: